COP29 | Təhlükəli Erkən Xəbərdarlıq Sistemlərinin gücləndirilməsinə dair tədbir keçirilib - FOTOLAR

   COP29    | Təhlükəli Erkən Xəbərdarlıq Sistemlərinin gücləndirilməsinə dair tədbir keçirilib -  FOTOLAR
  16 Noyabr 2024    Oxunub:629
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyası çərçivəsində “Dayanıqlılığın artırılması üçün iqlim məlumatının və Təhlükəli Erkən Xəbərdarlıq Sistemlərinin gücləndirilməsi” üzrə yüksək səviyyəli tədbir keçirilib.
AzVision.az xəbər verir ki, tədbirdə erkən xəbərdarlıq sistemləri üzrə tərəfdaş beynəlxalq təşkilatlar - Ümumdünya Meteorologiya Təşkilatı, Birləşmiş Millətlər Təşkilatının Fəlakət Riskinin Azaldılması Ofisi, Beynəlxalq Telekommunikasiya İttifaqı, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası, Qlobal İqlim Fondu, BMT-nin Ətraf Mühit Proqramı, Asiya İnkişaf Bankının, müxtəlif aparıcı təşkilatların, eləcə də elmi institutların nümayəndələri iştirak edib.
 
İclasda erkən xəbərdarlıq sisteminin əhəmiyyəti vurğulanıb, “İqlim üzrə Bakı Dialoqu Təşəbbüsü” təşviq olunub.
 
Qeyd edək ki, cari ilin 28 Oktyabr tarixində  Azərbaycanda “Dayanıqlılıın artırılması üçün iqlim məlumatının və Təhlükəli Erkən Xəbərdarlıq Sistemlərinin gücləndirilməsi” layihəsi Global İqlim Fondu tərəfindən təsdiq edilib.

AzVision.az

Qalereya




Teqlər: COP29  





Xəbər lenti